İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın 2 gün əvvəl ötürdüyü mesajın İSTİ DETALLARI

8628 06.03.2023 10:34 Gündəm A A

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyindən bildirilib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Qarabağda gərginliyin səbəbi separatçı ermənilərin silahsızlaşdırılması, bölgədə Azərbaycanın nəzarət-mexanizm sistemi qurması məsələsidir.

88064.jpg (18 KB)

Siyasi şərhçinin sözlərinə görə, gedişat da göstərir ki, Azərbaycan bunları reallaşdırmaqda çox maraqlıdır:

"Baxmayaraq ki, Xocalı kommunikasiyasının qurulması və sülh danışıqlarının intensiv şəkildə getdiyi bir dönəmə təsadüf edir, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib. Bir neçə gün əvvəl də Sergey Lavrovun Bakıya səfəri baş tutub. Proseslər göstərir ki, Beynəlxalq Ədalət Məhkəməsinin də dəhlizlə bağlı qəbul etdiyi qərara baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında çox qərarlıdır. Proses göstərir ki, Azərbaycan tərəfi dəqiq informasiyalara malikdir. O cümlədən bölgədə alternativ yolları da nəzarət altına almalıdır. Düşünürəm ki, bu, 2025-ci ilə yönəlik erməni əhalisinin inteqrasiyası prosesinin tərkib hissəsidir. Çünki söhbət mülki münasibətlərdən gedir. O bölgədə terrorçu qismində, yəni əlinə silah almış hərbi şəxs potensial terrorçudur. Onun zərərsizləşdirilməsi Azərbaycanın bilavasitə milli marağı daxilindədir.

Bu prizmadan yanaşdıqda alternativ yollarla silah daşınması məsələsinə görə Azərbaycanın göstərdiyi reaksiyanın davamında biz görə bilərik ki, həmin bölgələr də nəzarət altına alınmış olacaq. Burada incə məqam ondan ibarətdir ki, Müdafiə Nazirliyinin rəsmi məlumatı yayıldıqdan sonra Rusiyanın birinci informasiya agentliyi TASS-ın MN-ə istinad etməsi Ermənistanda və Qarabağ erməniləri arasında çox ciddi ajiotaj doğurdu. Hətta ritorik sual da verildi ki, Ermənistanda yaşayan ermənilər Paşinyan faktoruna görə cəzalandırılır, bunu başa düşdük, amma nəyə görə Qarabağda yaşayan ermənilər də başqa formada cəzalandırılır. "Sülhməramlılar onları müdafiə etməlidir" kimi absurd iddialar ortaya qoyurlar. Azərbaycanın bəlli bir qərarlılığı var. Mən əminəm ki, atacağı addımlara yönəlik Rusiyanın informasiyası olmamış deyil. Çünki biz bunun siqnalını 2 gün öncə terrorçuların nəzarət postlarının, kameralarının dağıdılması prosesində gördük. Hesab edirəm ki, Azərbaycan bununla mesajını vermişdi ki, növbəti hədəf canlı terrorçular olacaq. Bu da onun tərkib hissəsidir. Azərbaycan XİN vasitəsilə də bəyan etdi ki, bölgədəki erməni qüvvələri çıxmalıdır. Bu şərt yerinə yetirilməlidir və dərhal bölgədə nəzarət sisteminin qurulması onun tərkib hissəsidir. Azərbaycanın istədiyi budur".

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR