İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Rusiyaya pendir apardı - Görün nə baş verdi...

1617 12.06.2026 10:12 Dünya A A

2026-cı ilin əvvəlindən bəri "Rosselxoznadzor"un əməkdaşları Orenburq hava limanında sərnişinlərin baytarlıq tələblərini pozaraq xaricdən gətirməyə çalışdıqları 200 kiloqramdan çox heyvan mənşəli məhsul aşkar ediblər.

Musavat.com xəbər verir ki, beynəlxalq reyslərlə gələn vətəndaşların baqaj və əl yüklərinə baxış zamanı 151,4 kq süd məhsulu (pendir, kəsmik və kərə yağı), 44,2 kq ət məhsulu, 2,7 kq balıq və 6,8 kq bal müsadirə olunub.

Bütün bu məhsullar Azərbaycandan lazımi müşayiətedici baytarlıq sənədləri olmadan gətirilib.

"Rosselxoznadzor"un Orenburq vilayəti üzrə İdarəsindən verilən məlumata görə, bu cür məhdudiyyətlər heyvanlar və insanlar üçün təhlükəli infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilir. Müsadirə olunmuş məhsullar məhv edilib, qayda pozanlar isə inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, baytarlıq sertifikatı olmadan bir nəfər üçün yalnız 5 kiloqrama qədər hazır heyvan mənşəli məhsulun gətirilməsinə icazə verilir. Bu isə yalnız o halda mümkündür ki, məhsul zavod qablaşdırmasında olsun və gətirildiyi ölkədə epizootik vəziyyət (heyvanlar arasında yoluxucu xəstəliklərin yayılması sahəsindəki durum) sabit sayılsın.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR