İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda teplovoz avtomobillə TOQQUŞDU

577 17.10.2023 11:01 Hadisə A A

Bu gün saat 08:25 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus teplovoz Zaqatala-Balakən mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 22-BB-012 olan “Mitsubişi” markalı pikap maşını dəmiryol keçidində onun yoluna çıxıb.

Bu barədə Musavat.com-a ADY-dən bildirilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb, teplovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR