İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “Squid Game” serialının oyun zalı AÇILDI – Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

1001 01.04.2022 13:39 Gündəm A A

Azərbaycanda psixologiyaya təsir edən oyun fəaliyyətə başlayıb ...

Psixologiyaya təsir edən oyun və serialların sonradan hansı fəsadlar yaratdığı hər kəsə məlumdur. Bəzi oyunlar var ki, yeniyetmələri intihara sürükləyir və ya psixologiyasına ciddi təsir edir. Son illərdə isə şiddətə meyilli oyun, kino və serialların sayı artır. Psixoloqlar hər nə qədər valideynləri bu barədə xəbərdar etsələr də, nəticə üzücü olur.

Psixologiyaya təsir edən seriallardan biri də Cənubi Koreyada çəkilən daha sonra dünyada izlənmə sayı ilə rekord qıran “Squid Game”dir ( Kalmar oyunu).

Yəqin ki, bir çoxunuza həmin serialın məzmunu məlumdur. Pula ehtiyacı olan insanlara qazandığı təqdirdə pul mükafatı veriləcəyini deyib, oyuna dəvət edirlər. Dəvəti qəbul edən 456 nəfər oyuna başlayır. Lakin oyunun fərqli cəhəti bundadır ki, məğlub olan iştirakçılar oyundan “öldürülərək” çıxarılırlar.
Şiddət, seksuallıq və intiharla əlaqəli məzmununa görə serialın izlənməsində bəzi ölkələrdə 18+ bəzilərində isə 16+ üzəri yaş həddi qoyulub. Qeyd edək ki, serialın izlənməsi yaşı 16-ya çatmayanlar üçün qadağan olsa da, uşaqlar belə onun məzmunundan xəbərdardır.



Hazırda isə bir çox ölkələrdə “Squid Game” oyunu fəaliyyətə başlayıb. Müəyyən sayda insanlar toplanır, bu oyunu oynayır, sonda mükafat əldə edirlər. Təbii ki, bu oyunlar bəzən ölümlə nəticələnir.

Azərbaycanda “Squid Game” serialı əsasında kvest açılıb. Bu oyunda yalnız 16 yaşdan yuxarı olan şəxslər iştirak edə bilər. Yarışda maksimum 30 nəfərin iştirakı nəzərdə tutulub. 3 saatlıq oyunda hər kəs minimum 20 dəqiqə oyunda iştirak etməlidir. Oyun zamanı isə iştirakçıların foto və video çəkməsinə icazə verilmir. Eyni zamanda Bakıda bu oyunlarda istifadə olunan maskalar, geyimlər və.s satışda mövcuddur.

Без названия (1).jpg (101 KB)

Psixoloq Fərqanə Mehmanqızı Musavat.com-a bildirib ki, belə oyunlar yeni deyil:

“Əvvəllər də bu tip hallarla qarşılaşmışıq. Hazırda şiddət törədən oyunlar çoxdur. Şiddət, ölüm, intihar və qətl aşağı yaşlarda daha rəngli olur. Təbii ki, belə oyunlar zərərlidir. Ona görə də dəfələrlə valideynlərə deyirəm ki, övladınızla psixoloji alyansı qoruyun. Onlarla vaxt keçirin. Mən başa düşürəm maddi ehtiyac valideynlərin səhərdən axşama qədər işlə məşğul olmasını məcbur edir. Amma bütün bunlar övladla vaxt keçirməməyə səbəb ola bilməz. Bəzən deyirlər ki, hər şey göründüyü kimi deyil. Anlayıram. Lakin gündə ən azı 3-4 saat övladınla vaxt keçirməyəcəksənsə, bu övladı dünyaya gətirməyə dəyməz. Uşağı yetişdirmək lazımdır. İnsanın mənəvi tələbatları var. Bu tələbatları ailəsi və ətrafındakı sevdiyi insanlar verir. Ailə daxili münasibətlər insan şəxsiyyətinin formlaşmasının təməlini qoyur. Ailənin uşağa, ailənin bir-birinə münasibəti uşağın təməlini qoyur. Uşaq mənəvi ac olduqda, özünü təmin etməyə ehtiyac duyduqda, uşaq valideynləri tərəfindən evdə bir fərd kimi sevilmədikdə və ailənin bir fərdi kimi görünmədikdə bağlılığı ətrafda axtarır.

Ətrafda liderlik və nüfuzunu axtarmağa başlayır. Belə olduğu təqdirdə onda tək oyunlar yox, narkotik, alkoqolizmə də qarşı aslılıq yaranır.

Bu kimi oyunlar zamanı uşaq özünü artıq lider kimi, şəxsiyyət kimi hiss edir. Çünki o, bu kimi oyunlarda qalib gələ bilir, hökm verir və sairə. Bu oyunlar eyni zamanda uşağı yalan danışmağa, cinayət törətməyə təşviq edir.

Məğlub olmağı öyrətmədiyinə görə bu, onun üçün fəlakət olur. Nəticədə ölümü bir uduş kimi göstərirlər ona. Beləcə şəxsiyyətlər məhv olur. Ona görə deyirəm, uşaqlarınızla bağlılıq yaradın ki, oyunlara, mühitə və ya müəyyən bir qruplara düşməsinlər. Bir müddət bu oyunlar çox dəhşət yayılmışdı yeniyetmələr arasında. Uşaqlar evdən pul oğurlayıb, gedib oyunlara yatırırdılar”.

351fd08f-fa2c-4aff-beac-7fcc690e4065.jpg (59 KB)

Psixoloq bildirib ki, filmlərdə yaş həddinin qoyulması təsadüfü deyil:

“Məsələn, Rusiyada yayımlanan verilişlərdə yaş həddi göstərilir. Filmlərdə, kinolarda hətta cizgi filmlərində də yaş həddi nəzərdə tutulub. Yaş həddi qorunmayanda asılılıq, yanlış yönə sapma və digər bu kimi məqamlar ortaya çıxır. Uşaqlar isə iradələri zəif olduğu üçün asılılığa daha çox meyillidir. Əgər valideynlər oyunun zərəri olmadığını düşünürlərsə deməli, həqiqəti görmürlər”.

Ləman Rüfətqızı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR