İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK OLAY: “Instagram”da sədəqə yığdığı paltarları satışa qoydu

807 13.05.2023 21:42 Hadisə A A

Sumqayıtda sosial şəbəkələrdə kömək istəyən qadın həmcinsini təhqir edib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, “Instagram”da bir qadın paylaşım edərək köhnə geyimlərə ehtiyacı olduğunu bildirib. Bu paylaşımı görən Sumqayıt sakini A. Bayramova həmin qadına şəxsi mesaj yazaraq kömək etmək istədiyini deyib. Onlar “Whatsapp”da danışaraq təyin etdikləri yerdə görüşüblər.

Görüş zamanı A. Bayramova köhnə geyinmədikləri paltarları və əlavə 20 manat da pul verib. Ancaq o, səhərisi gün verdiyi paltarların saytda satışa qoyulduğunu görüb. Buna görə də paltarları verdiyi A. Səlimxanlıya zəng edərək verdiklərini geri istəyib. A. Bayramovanın iddiasına görə, bu zaman qarşı tərəf onu təhqir edib.

A. Səlimxanlı polisə verdiyi izahatında A. Bayramovanı təhqir etməsi barədə iddiaları əsassız sayıb. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsində aparılan araşdırma zamanı tərəflər arasındakı mübahisə qanunamüvafiq yolla həll olunaraq, onlar barışdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR