İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda saxlanılan terrorçu bu dövlətin səfirliyinə hücum etmək istəyib- ŞOK DETALLAR

6545 17.11.2023 12:15 Gündəm A A

 

Azərbaycan təhlükəsizlik qüvvələri İsrail səfirliyinə qarşı hücumun qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Ynet.co.il" saytı məlumat yayıb.

“Hadisə çərçivəsində İran əsilli bir şəxs silahlı halda səfirliyə soxulmağa cəhd edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu nəzarətə götürərək tərksilah edib. Şübhəli şəxs Bakı məhkəməsinə çıxarılıb və onun həbs müddəti 4 ay uzadılıb”, - məlumatda bildirilib.

***

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

Musavat.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR