İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda saxlanılan 3 erməni ilə bağlı SON DƏQİQƏ açıqlaması

3013 02.09.2023 14:13 Son xəbər A A

“Avqustun 28-də Azərbaycanda saxlanılan üç erməni gələcəkdə müxtəlif iddialar səsləndirə bilər. Bunun qarşısının alınması məqsədilə dərhal onlarla görüşdük. Onlar da təbii ki, Azərbaycan hökumətinə öz təşəkkürlərini bildirdilər, əməllərindən peşman olduqlarını söylədilər”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Ombudsmanın sözlərinə görə, onların dediyinə əsasən, bu əməli törətməkdə onları necə deyərlər “böyükləri” məcbur edib: “Onların heç xəbəri yox idi ki, bu cür addımı atacaqlar. Ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirilib. Təəssüf ki, bu hallar hələ də davam edir”.

Ermənistanda həbsdə olan vətəndaşlarımızın aqibətinə gəlincə, S.Əliyeva vurğulayıb ki, bu istiqamətdə işlər davam etdirilir:

“Mütəmadi olaraq həmin şəxslərin ailələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlanılır. Məsələ daim diqqətimizdədir”. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR