İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda "qatil", Ukraynada "ümid": “Bild” özünü "Bayraktar"la vurdu - VİDEO

1079 17.03.2022 09:05 Gündəm A A

Almaniyanın məşhur ''Bild'' nəşrinin Azərbaycana qarşı daha bir riyakarlığı və qərəzi üzə çıxıb. Nəşr tərəfindən Qarabağ müharibəsində ''Qatil dron'' adlandırılan Türkiyənin ''Bayraktar TB2'' dronları Ukraynada ''ümidlərin silahı'' kimi təqdim olunub. Üstəlik, bu başlıq nəşrin manşetinə çıxarılıb. Yəni ikiüzlülük bu qədər nümayişkaranə şəkildə edilib.

Eyni silah iki ayrı məqamda fərqli məzmunda təqdim edildi. Bu, Qərb mediasının ikiüzlü və riyakar siyasətinin növbəti təzahürü oldu.

Azərbaycanın haqlı savaşında Qarabağda düşmənin məhv edilməsi zamanı istifadə olunan Türkiyənin ''Bayraktar TB2'' dronlarını bundan cəmi ilyarım əvvəl ''Ərdoğanın Qatil Dronu'' adlandıran Almaniyanın məşhur ''Bild'' qəzeti, bu dəfə Ukraynada Rusiyaya qarşı istifadə edilən eyni silahı ''Ümidlərin Silahı'' başlığı ilə oxucularına təqdim edib.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ukraynaya qədər həmin silahlar Suriya, Liviya və ən əsası da Qarabağ müharibəsində aktiv istifadə edilib. Ancaq Qərb yüksək dəqiqliklə hədəfləri bir-bir məhv edən bu silahı həzm edə bilmirdi.

Ədalət Verdiyev deyir ki, həmin silahlar Qarabağda istifadə edilərkən onun əleyhinə təkcə mediada yazılar getmədi, həm də Kanada həmin silahların optik elektrosisteminin Türkiyəyə satışını dayandırdı

Baş verənlər bir daha onu göstərir ki, qərb mediası eyni hadisələrə öz mənfəətləri və maraqları çərçivəsində baxmaqla, açıq-aşkar ikili standartlar nümayiş etdirməkdən çəkinmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR