İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qalmaqallı klub çempionatda iştirakdan imtina etdi - FOTO

2528 30.06.2023 22:04 İdman A A

“Araz Saatlı”FK növbəti mövsüm I Liqada mübarizə aparmaqdan imtina edib.

Klubun direktoru Güloğlan Məmmədov bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına (PFL) məktub göndərib.

Aran təmsilçisinin rəhbəri federasiyanın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədova ünvanladığı məktubda imtina qərarının səbəbini açıqlayıb.

Problem ondadır ki, Region Liqasının daimi iştirakşısı “Araz”FK olsa da, Peşəkar Futbol Liqası (PFL) “Araz”FC-nı çempionata buraxıb.

Hansı ki, bu klub yenicə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2018-ci ildə yaradılmış “Araz”FK isə PFL rəhbərliyinin ya qəsdən, ya da bilməyərəkdən yol verdiyi “səhv” ucbatından kənarda qalıb.

Əsasnaməyə görə, Region Liqasında çıxış etməyən heç bir klub I Liqada yarışa bilməz. Peşəkar statuslu birincilikdə qüvvəsini sınamaq istəyən istənilən komanda minimum 1 mövsüm Region Liqasında varlıq göstərməlidir.

“Araz”FC 2023-cü ilin “məhsul”u olduğu halda, PFL yenicə formalaşdırılmış bu klubu “arxa bağça”dan I Liqanın sıralarına qəbul eləyib. 

SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR