İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda müəllim əməliyyatdan sonra NİYƏ ÖLDÜ? - RƏSMİ AÇIQLAMA

1946 12.07.2024 17:45 Ölkə A A

"Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirovanın əməliyyatı uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub".

Bu məlumat Lent.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verib.

Məlumatda qeyd olunub ki, 10.07.2024-cü il tarixində Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini, 1972-ci il təvəllüdlü (qadın cinsli) şəxs uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib:

"Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub.

11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüs çatışmazlığı müşahidə olunub. Xəstəyə ağciyər arteriyalarının tromboemboliyası diaqnozu qoyulub.

Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR