İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəbdə OLAY: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı

2846 24.04.2022 12:00 Hadisə A A

Mingəçevirdə 1400-ə yaxın şagirdin təhsil aldığı Mehdi Hüseynzadə adına 3 nömrəli orta məktəbin 6-cı sinif şagirdlərinin halı qəflətən pisləşib.

Musavat.com xəbər verir ki, 10 yaxın uşaq təcili yardımla xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər.

Şagirdlərdə əsasən tərləmə, ürəkbulanma halları müşahidə olunub. Dərhal həmin uşaqların valideynlərinə xəbər verilib. Onlar səhhətlərində narahatlıq yaranan uşaqları xəstəxanaya çatdırblar.

Məktəblilərin son durumunu öyrənmək üçün şəhər xəstəxanasına yollandıq. Tibb ocağından bildirildi ki, müraciət edən uşaqlarda əsasən ürək bulanma müşahidə edilib. Onlarda heç bir patalogiya aşkarlanmayıb.

Uşaqların vəziyyəti stabilləşdikdən sonra hamısı evə buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR