İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda maska tələbi və COVID pasportu ləğv oluna bilər- Tanınmış professordan AÇIQLAMA

975 08.04.2022 18:49 Gündəm A A

"Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər".

Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, əgər proses ağırlaşmazsa, əlavə dalğa yaranmazsa, SARS-CoV-2 virusu mutasiya olunaraq zəifləmək istiqamətində davam edərsə, bu qadağalar aradan götürülə bilər:

"Azərbaycanda COVID-19 pasportu və maska tələbinin aradan qaldırılması müvafiq strukturlar tərəfindən həll olunur. Mövcud tələblərin ləğvi məhz Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır. Ümumiyyətlə, epidemioloji vəziyyət nəzərə alınaraq bu barədə qərar verilir.

Bütövlükdə pandemiyanın və karantinin ləğvi yalnız Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın sonra çatması barədə raportundan sonra mümkün ola bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR