İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kredit qoyuluşları 3 faizdən çox azaldı - SƏBƏB

706 23.02.2023 16:07 İqtisadiyyat A A

Əmanət gəlirləri yenidən vergiyə cəlb olunduqdan sonra kredit faizlərinin necə dəyişməsi müzakirə olunan məsələlərdəndir. Mərkəzi Bank kredit faizlərinin artırılması üçün hər hansı əsasın olmadığını bəyan edib.

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun fikrincə, hələlik kredit faizləri üzrə son aylıq göstəricilər elan olumadığı üçün fevralın 1-dən sonrakı tendensiyanı dəyərləndirmək tezdir. Bu baxımdan, həm kredit faizləri, həm əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq.

Millət vəkili diqqəti kredit qoyuluşlarının azalması faktına çəkir:

“Son ayların tendensiyası ölkə üzrə kreditləşmənin azalmasından xəbər verir. Kredit portefli 2022-ci ilin noyabr ayında 20 milyard 218 milyon manat, dekabrda 20 milyard 184 milyon manat, bu ilin yanvarında isə 19 milyard 594 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda kredit qoyluşları 3 faizdən çox azalıb. Bunun səbəbləri risk səbəbindən bankların böyük kreditləşmədə tam maraqlı olmaması, bir sıra banklarda kreditə əlçatanlığın tam təmin olunmaması və təbii ki, faizlərin hələ də yüksək olmasıdır”.

V.Bayramovun fikrincə, Mərkəzi Bank tərəfindən həm kredit qoyluşlarının artırılması, həm də faizlərin optimallaşdırılması üçün təşviqedici tədbirlərin dairəsinin genişləndirməsi və real sektorun yaxından maliyyələşdirilməsinin daha da stimullaşdırması vacibdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR