İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda istirahət mərkəzində YANĞIN - VİDEO

939 13.08.2023 20:11 Hadisə A A

Şəkidə istirahət mərkəzində yanğın baş verib.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, axşam saat 17:30-da rayonun Kiş kənd inzibati ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş “Xanlənd Ekstrim Əyləncə Mərkəzi”nin ümumi sahəsi 4 kv/m olan kateclərinin birində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR