İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ƏN ÇOX MAAŞI onlar alır - MƏBLƏĞ

3034 18.08.2022 14:05 Sosial A A

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artaraq 827.1 manat təşkil edib.

Musavat.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Bu dövrdə əməkhaqqı neft-qaz sektorunda 3535.3 manat, qeyri neft-qaz sektorunda 775.3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774.9 manat, özəl müəssisələrdə isə 886.9 manat olub.

Mədənçıxarma sənayesində (3400.3 manat), maliyyə və sığorta fəaliyyəti (2167.1 manat), peşə, elmi və texniki fəaliyyət (1390.4 manat), eləcə də informasiya və rabitə sahələrində (1353.4 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR