İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: Ölən və yaralananlar var

2056 03.03.2024 02:59 Hadisə A A

Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.

Tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1989-cu il təvəllüdlü Davud Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan şəxs - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

01:45

Göygöl rayonunun Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

Toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri qarşıdan gələn avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ağır xəsarətlər alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.\\report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR