İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: kişi gəlinini və nəvəsini baltaladı

1344 01.03.2023 16:42 Kriminal A A

Sumqayıtda 70 yaşlı kişi gəlininə və nəvəsinə balta ilə xəsarət yetirib.

Musavat.com-un Oxu.Az-a istinadla məlumatına görə, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov gəlini - 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə xəsarətlər yetirib.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR