İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “çiçək açmayan” dini təxribatlar və bunun sirləri

2281 07.08.2022 15:42 Gündəm A A

Dünyəvi dövlət, İslam ölkəsi olan Azərbaycanda dini-mənəvi, əxlaqi-etik dəyərlər ictimai münasibətlərin tərkib hissəsinə çoxdan çevrilib.

Ötən həftə “Mehdi xidmətçiləri”nin Böyük Britaniyadakı səfirliyimizə xain hücumundan artıq hər kəs məlumatlıdır. Bu hadisələrin fonunda maraqlı qüvvələr Azərbaycanda üstünlük təşkil edən şiələri ayağa qaldırmağa da cəhd göstərib, guya hadisəni İranın törətməsini qabardaraq təxribatlara cəhd etdilər.

XİN Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumat yaydı

Lakin bütün bu cəhdlər əksər hallarda olduğu kimi Azərbaycanda “çiçək açmadı”. Çünki ölkənin inanclı kəsimi dinini sevdiyi kimi millətini, vətənini də sevir və oynanan oyunların fərqindədir. Məşədi Dadaş məscidində inanclı qardaşlarımızın əllərində bayraqla terrorçu xislətli "Mehdi xidmətçiləri"nə cavabı bunu bir daha sübut etdi. Bu da təxribatçıların qəlbinə bir ox oldu və deyəcək sözləri qalmadı.

Məşədi Dadaş Məscidi bu axşam -


Əlbət ki, təxribatçıların əli Azərbaycana bir yolla çatsa da burada istəklərinə nail ola bilməmələrində dövlətimizin rolu böyükdür. Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsində, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin tərkib hissəsinə çevrilməsində indiyədək böyük işlər görülüb.

Gəlin yaxın tarixə qısa nəzər salaq:

Məlumdur ki, 70 illik sovet əsarəti dövründə Azərbaycanda dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması halları baş verdi.

Buna görə də müstəqillik qazanandan sonra Azərbaycanda bu sahədə də ciddi işlərin görülməsi zəruri idi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynadı. Görülən sistemli işin nəticəsində ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.

Din xadimləri və ekspertlər bildirirlər ki, məhz bu kimi sistemli işlərin sayəsində Azərbaycana yad qüvvələrin sirayət etməsi çətinləşdi. Dövlətin Azərbaycan xalqının inanclarına necə sayğı ilə yanaşmasını görmək üçün adicə bir statistikaya diqqət edək.



Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib, kilsə və sinaqoqlar yararsız hala salınıb. İndi isə ölkədə 2250-dən çox məscid, 15-dən çox kilsə və 7 sinaqoq var. Rəsmi rəqəmlərə görə 37-si qeyri-islam olmaqla 970 dini qurum dövlət qeydiyyatına alınıb. Eyni zamanda Azərbaycanda dövlət müxtəlif konfessiyalara bərabər münasibət bəsləyir, İslam və qeyri-islam dini icmalara maddi dəstək verir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir.

Yuxarıda da qeyd etdiyimiz kimi Heydər Əliyevin ölkədə din-dövlət münasibətlərinin yaradılması və inkişafında müstəsna rolu olub. 1993-cü ildə Heydər Əliyevin “Allahın yolunda hamımız hür olaq” kitabı Azərbaycan və bir neçə xarici dildə nəşr olundu. 1994-cü ilin iyul ayında Ümummilli lider müqəddəs Məkkə və Mədinədə ümrə ziyarətində oldu. Bu səfəri zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlər keçirdi. O zaman bunlar bəlkə də kimlərəsə adi görünüb. Ancaq sonradan əksəriyyət müsbət dəyişikliklərin, sabitliyin fərqinə varıb, görülən işlərin mahiyyətini anlayıb.

Tərcümeyi–hal | Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

Heydər Əliyev dövlət-din münasibətlərini qanunvericilik səviyyəsində nizamlaya bilib. 1996-cı ildə Prezident Heydər Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda əlavə və dəyişiklikləri təsdiq edib. Bununla da, dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyulub, dövlətin din sahəsinə və dindarlara qayğısı artıb.

Heydər Əliyev çıxışlarının birində aşağıdakı nitqi söyləyib.

SİTAT: “Din həmişə müsbət rol oynamalıdır, xüsusən də insanın mənəvi inkişafında, insanların mənəvi tərbiyəsində və onların yüksək mənəviyyat, yüksək əxlaq prinsipləri əsasında sıx birləşməsində”.

Başqa bir çıxışında isə bunları söyləyib:

“İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu dəyərlər - müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir”.

Ümummilli liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də dini dəyərlərimizə diqqət və qayğını heç zaman əsirgəməyib. Onun göstəriş və sərəncamları ilə ölkəmizdə məscidlərin, dini ibadətgahların və ziyarətgahların bərpası və yenidən qurulması həyata keçirilib.

Təkcə işğaldan azad edilən ərazilərimizdə görülən işlərə diqqət etsək məncə, hər şey aydın olar. Erməni vandallarının xarabalıqlara çevirdiyi, donuz saxladığı məscidlərimiz artıq bərpa edilir, ibadət yeri kimi istifadə olunur.

İlham Əliyev və Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər - FOTOLAR

Təsadüfi deyil ki, İlham Əliyev və Mehriban Əliyeva Ağdam, Şuşa məscidlərini ziyarət ediblər və ora Quran gətiriblər.
Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhər məscidi də bərpa edilən məscidlər sırasındadır.

Eyni zamanda, Daşaltıda, Hadrutda yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Prezident İlham Əliyev azad olunan ərazilərdə yeni məscidlərin  tikintisindən danışdı » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bütün bunlar göstərir ki, Azərbaycana uzanan əllər heç zaman istəklərinə nail ola bilməyəcəklər. Dövlət necə vətəndaşının yanındadırsa, vətəndaş da hər zaman olduğu kimi dövlətinin yanında olacaq. Biz bu birliyi 44 günlük Vətən savaşında tamlığı ilə gördük. Dilindən, dinindən asılı olmayaraq hər kəs yumruq kimi birləşdi. Bu, Azərbaycan cəmiyyətinin həm də necə tolerant olmasının sübutdur. Bütün bunlar isə yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycandakı vicdan azadlığı və mədəni azadlığın nəticəsidir.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR