İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 250 min manata gilas bağı satılır - FOTOLAR

1986 10.07.2024 13:33 Ölkə A A

Xaçmaz rayonunun Yergüc kəndində 28 sot kənd təsərrüfatı təyinatlı torpaq bir hektar bələdiyyə torpağı ilə 250 min manata satılır.

Ərazi yolun kənarında yerləşir. Xaçmazın mərkəzinə, yeni çəkilən ödənişli yola və Quba rayonuna gedən yolların qovşağında yerləşir.

Bağda 10 illik, 135 ədəd məhsul verən roman, napoleon, kolibr sortu gilas ağacları var. Bu il 41 ədəd nektarin, samanta, ispan sortu şaftalı ağacı əkilib. Əşrəfi sortu, 8 illik, 116 ədəd fındıq ağacı var. Bağda 55 metr dəyərində artezian quyusu var. Bağın hər iki tərəfi su arxı ilə əhatə olunub. Uzunluğu 12 metr, eni 8 metr, dərinliyi 5 metr olan süni göl mövcuddur. Su və işıq var, qaz xətti sahənin yanındadır, internet xətti kəndə birləşikdir.

İki mərtəbəli, yarımtikili var. Tikilinin birinci mərtəbəsi 125, ikinci mərtəbəsi 75 kvadratmetr təşkil edir. Həyətdə sanitar qovşaq yerləşir. (valyuta.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR