İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 11 aylıq iqtisadi artım AÇIQLANDI

872 12.12.2023 13:05 İqtisadiyyat A A

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 110,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 10856,0 manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan hökuməti 2023-cü ildə ölkədə 1,9 faizlik iqtisadi artım proqnozlaşdırmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR