İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana 38 sm qar yağdı - VİDEO

6797 08.03.2024 11:19 Ölkə A A

Martın 8-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Musavat.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 38 sm, Sarıbaşda (Qax) 15 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm, Şahdağda 2 sm, Daşkəsən, Gədəbəy, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qaxda 12 mm, Şahbuzda 11 mm, Oğuz, Ordubadda 10 mm, Lənkəran, Zaqatalada 8 mm, Kəlbəcər, Şuşa, Cəfərxan, Yardımlı, Qəbələ, Balakən, Naxçıvan, Neftçala, Qobustan, Şərur, Astara, Xınalıq, Qusar, Zərdab, Quba, Beyləqan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Sədərək, Culfa, Göygöl, Naftalan, Gəncə, Ağstafa, İsmayıllı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Altıağac, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Şabran, Xaltan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Qrız, Şahdağda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metr olub.

Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (dağlarda 6 dərəcəyədək şaxta), Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR