İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Rusiya qarşısında məsələni gündəmə gətirməli və konkret vaxt verməlidir” - İlham İsmayıl

976 02.04.2022 01:56 Gündəm A A

“Ermənistana təzyiq etmək Rusiyanın planında olmadığından Ukrayna müharibəsinin indiki situasiyada səbəb göstərilməsi həqiqətə uyğun deyil. Rusiya Ermənistana təzyiq yox, dəstək verir, eyni zamanda separatçı rejimi qoruyur. Əksinə, Rusiyanın təzyiq hədəfi Azərbaycandır”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Son sülhməramlıların kölgəsindəki erməni quldurların davranışlarına və “sülhməramlılar getsə, belimiz qırılar” tipli mövqelərinə gəldikdə, ekspertin fikrincə, Rusiya separatçı rejimə hər zaman dəstək verib: “Qarabağda yerləşdikdən sonra isə dəstək konkret müdafiə ilə davam edir. Fərrux silsiləsində baş verənlərdən sonra istər Ermənistan rəsmiləri, istərsə də separatçı rejimin liderləri Azərbaycana qarşı daha da aktiv mövqe sərgiləməyə başlayıblar. Buna səbəb Rusiya Müdafiə Nazirliyinin bəyanatları, Dövlət Dumasının deputatının hədələri və Rusiya təbliğat maşınının Azərbaycana qarşı aqressiv mövqeyidir”.

ramiz-mehdiyev-nuve-alimi-deyil-ki-onu-dovlet-qorumasina-aliblar-ilham-ismayil-274451.jpg (121 KB)

İlham İsmayıl

İ.İsmayıl qeyd etdi ki, Paşinyanın son çıxışları əvvəlki mövqelərindən fərqlənir, sülh müqaviləsini bağlamaq üçün əlavə şərtlər irəli sürür: “Ararat Mirzoyan məlum beş bəndi şərh edərkən “Dağlıq Qarabağın statusu və Artsax xalqının hüququ bizim prinsipial məsələmizdir” deyib diplomatik danışıqları yenidən dalana dirəyir. Yeni prezident Xaçatryan “Azərbaycan üçtərəfli razılaşmanı pozub Artsax xalqına qarşı genosid siyasəti yeridir”- deyir. “Azəriqaz”ın Xankəndinin qazla təminatı barədə verdiyi bəyanatını separatçı rejim ”qeyri-ciddi hesab etdiyi üçün şərh etməkdən imtina etdiklərini” bildiriblər. Bütün bunlardan sonra ermənilərin sülh müqaviləsini bağlaması ehtimal belə edilmir. Rusiya da bu məsələdə separatçı rejimin yanındadır”. Ekspert hesab edir ki,

Azərbaycan erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlı martın 22-də başladığı rəsmi müzakirəni ləngimədən davam etdirməli, Rusiya qarşısında məsələni gündəmə gətirməli və konkret vaxt verməlidir!

 

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR