İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb

255 12.05.2022 13:27 İdman A A

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Musavat.com-a verilən məlumata görə, qurum yarış üçün sonuncu hazırlıqlarını tamamlayır.

BŞH-ın icraçı direktoru Arif Rəhimov Qran-priyə bütün biletlərin tam alınacağına ümid etdiyini söyləyib: "İzdihamı qarşılamağa səbrsizlənirik. Əvvəlki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. "Formula 1" azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR