İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qızıl Aypara Cəmiyyəti açıqlama verdi: ""Biz sabah da, biri gün də..." - VİDEO

1040 30.08.2023 19:45 Son xəbər A A

"Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik”.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil: “Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələ ki işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Biz sabah da, biri gün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. /Report.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR