İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Qarabağ məsələsində öz sözünü deyir və məsələlər sona çatmaq üzrədir”-Arzu Nağıyev

764 11.04.2022 16:08 Region A A

 

“Brüssel danışıqlarında nəzərdə tutulan maddələrə əməl edilməlidir, ən əsası da delimitasiya və demarkasiya ilə bağlı birgə komissiya yaradılmalıdır. Komissiyanın yaradılması isə məhz Avropa İttifaqı tərəfindən Ermənistandan tələb edilməli və icrası olmalıdır”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Ermənistanın son destruktiv davranışlarını Musavat.com-a şərh edərkən söyləyib.

Millət vəkili əlavə edib ki, erməni tərəfinin son bəyanatları və təşkil olunan mitinqlər onların əsasən, status-kvonun saxlanmasının tərəfdarı olduğunu göstərir: “Bundan başqa, Rusiyanın ATƏT -in Minsk Qrupundan çıxarılması təklifləri və ümumiyyətlə, bu qrupun ləğv edilməsi rəsmi Moskva tərəfindən böyük qısqanclıqla qarşılanır, artıq bununla bağlı açıqlamalar da verilməkdədir. Məhz buna görə də ermənilər gərginliyi artırmağa çalışır və sülh müqaviləsinin imzalanmasını bilərəkdən gecikdirilər. Bu, həm də “Qarabağ klanı”nın planının tərkib hissəsidir, çünki qarşıda onların qanunsuzluqları ilə bağlı həbslər də qaçılmazdır”.

A.Nağıyev əmindir ki, belə bir şəraitdə Azərbaycan heç də gözləmə mövqeyi seçməyəcək: “Çünki ölkənin təhlükəsizliyinin, suverenliyinin qorunması böyük qayıdışın əsas meyarıdır və buna uyğun olaraq da hərbi məsələlərimiz davam etdiririlir, etdiriləcək. Fərrux dağı istiqamətində keçirilən əməliyyatdan sonra ermənilərin təşvişi də aydın məsələdir. Bununla yanaşı, cənub istiqamətində strateji əhəmiyyətə malik Qarakolluq və Daşbaşı yüksəkliklərinin də nəzarətimizə keçməsi ətraf kəndlərə və Ağdərəyə gedən yola nəzarət deməkdir”.

Deputat qeyd etdi ki, ordumuzun reallaşdırdığı bu əməliyyatlar ki, 10 noyabr bəyannaməsindən sonra Qarabağda çox ciddi hərbi irəliləyişidir. Erməni separatçıların və Ermənistandakı revanşistlərin iddialarına gəldikdə, A.Nağıyev qeyd etdi ki, bu gün “Dağlıq Qarabağın müstəqilliyi ” ümumiyyətlə, Paşinyan hakimiyyətinin gündəliyində yoxdur: “Bunu onlar özləri də Xarici İşlər Nazirliyi səviyyəsində etiraf edirlər. Bu gün Azərbaycan tərəfi Qarabağ məsələsində öz sözünü deyir və məsələlər zənnimcə, sona çatmaq üzərədir. Ermənilər və və onların havadarları bundan nə qədər gərginlik keçirsələr də, postların boşaldılması, iqtisadi tənəzzülün separatçı rejim tərəfindən keçirdiyi qorxu hissləri, qondarma “fövqəladə rejim”in tətbiqi və bu kimi məqamlar göstərir ki, proseslər Azərbaycanın diktə etdiyi kimi gedir. Buna görə heç bir dövlət regionda və yaxın ərazilərdə baş verən hadisələrdən nəticə çıxararaq müdaxiləyə yol verməyəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR