İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Niderland xarici işlər nazirinin planlaşdırılan səfərini təxirə salıb

1185 27.01.2024 19:21 Siyasət A A

Azərbaycan Niderland xarici işlər nazirinin planlaşdırılan səfərini təxirə salıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun parlamentdə səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.

"Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib.", - Ayxan Hacızadə qeyd edib.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR