İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Estoniya ilə heç-heçə edib

883 17.06.2023 21:53 İdman A A

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb.

“Dalğa Arena”dakı qarşılaşma autsayderlərin dueli sayılırdı.

Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib.

İlk hissədə zəif təsir bağışlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib.

Künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi
III tur, F qrupu
17 iyun
20:00. Azərbaycan – Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı. “Dalğa Arena”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR