İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan lideri: "Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini həmişə hiss etmişik"

187 10.04.2023 17:58 Son xəbər A A

"Biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik".

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə deyib.

Dövlət başçısı qeyd edib: “Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR