İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan İsraildən 1,2 milyard dollara BU SİSTEMİ ALIR - FOTOLAR

10211 14.11.2023 16:30 Son xəbər A A

Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu alətlərindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir Barak MX hava hücumundan müdafiə sistemi alacaq.

Musavat.com xəbər verir ki, “Defence Industry Europe”nin yazdığına görə, alqı-satqının dəyəri 1,2 milyard dollar təşkil edir.

Nəşr bildirir ki, Israel Aerospace Industries (IAI) əvvəllər Azərbaycanda Barak MX-in imkanlarını nümayiş etdirib, sınaqlar zamanı bu sistemin müxtəlif versiyalarının tutucularının bir neçə dəfə buraxılışı olub.

Barak MX - modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir: 35 km-ə qədər, 70 km-ə qədər və 150 km-ə qədər. Qeyd etmək vacibdir ki, Barak MX gəmi platformalarında quraşdırıla bilər.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub - İsrailin silah ixracında Azərbaycanın payı 9,1 faiz təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR