İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub - Fotolar

343 03.05.2023 13:00 Siyasət A A

 

Mayın 2-də Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə konsert keçirilib.

Musavat.com bildirir ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbir
ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek çıxış edərək, ötən 30 il ərzində Çexiya ilə Azərbaycan arasında əlaqələr dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Səfir ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin bundan sonra davamlı inkişaf edərək daha da dərinləşəcəyinə əmin olduğunu deyib.

Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında əlaqələrin zəngin tarixi olduğunu qeyd edib.

Daha sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirov, Qara Qarayev, Motsart, Bethoven və Dvorjakın əsərləri səsləndirilib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR