İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əsilli və qalmaqallı rusiyalı yazıçı Eduard Bağırov vəfat edib

1465 13.04.2023 09:25 Son xəbər A A

Rus  dilində yazan Azərbaycan əsilli yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib. Telegram kanalı 112 iddia edir ki, o, aprelin 1-də daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib. Bağırov yazıçı kimi “Qastarbayter” romanı ilə, ictimai xadim kimi LiveJournal-da və televiziyada qalmaqallar və atışmalarla məşhurlaşıb.

Musavat.com xəbər verir ki, Eduard Bağırovun vəfatını ictimaiyyətə İlya Varlamov çatdırıb. O. Teleqram kanalında yazıb:

“Yazıçı Eduard Bağırov vəfat edib, onun ətrafındakı iki mənbə bildirib. Onlardan birinin dediyinə görə, son həftə yazıçı komada olub, onun bütün orqanları iflas edib. Bağırovun 47 yaşı var idi".

 Bağırov xəstəxanaya yerləşdirilərkən ona qaraciyər sirrozu diaqnozu qoyulubmuş.

621853.jpg (22 KB)

Mərhum yazıçı Eduard İsmayıl oğlu Bağırov 25 oktyabr 1975-ci ildə azərbaycanlı və rus ailəsində anadan olub. Yetkinlik yaşına qədər Türkmənistanda yaşayıb. O, Aşqabaddakı hərbi xidmətə çağırılıb. İki aydan sonra o, Saparmurad Niyazov rejimindən Rusiyaya qaçıb. 1994-cü ilin yanvar ayından Moskvada yaşayıb. Elə həmin il o, RSFSR Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi “Oğurluq” ilə məhkum edilib, cəzasını Rusiya həbsxanasında çəkib. E.Bağırov cəzasını çəkdikdən sonra Nijni Novqorod vilayətinə anasının vətəninə gəlib. Bir il keçməmiş o, paytaxta qayıdıb bizneslə məşğul olub. 2001-ci ildə Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının hüquq fakültəsinə daxil olmuş və qısa müddət ərzində təhsil alıb.

 E.Bağırov 2011-ci il iyunun 16-da Kişinyovda həbs edilib. Onun sözlərinə görə, istintaq orqanları ondan Moldovanın o zamankı prezidenti səlahiyyətlərini icra edən Marian Lupuya müxalifətdə olan Mark Tkaçuka qarşı yazılı ifadə verməsini tələb ediblər. Sentyabrın 14-də həbs müddəti növbəti dəfə uzadıldıqdan sonra Eduard Bağırov on bir gün davam edən aclıq aksiyasına başlayıb. Sentyabrın 7-də Rusiyanın Kişinyovdakı səfirliyi Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə etiraz notası göndərərək Bağırovu “yeganə ittiham olunan” və “daxili siyasi fikir ayrılıqlarının girovu” adlandırıb və onu həbsdən azad ediblər.
1c988c86c32482373e4d99b30f4dec17.jpg (18 KB)
 
O, 2012-ci il seçkilərində prezidentliyə namizəd Vladimir Putinin vəkili olub. Buna baxmayaraq, görüşlərin birində o, Putinə Müdafiə Nazirliyində korrupsiyalaşmış “əkinlər”lə bağlı sual verib.
 
2016-cı il parlament seçkilərində "Rusiya vətənpərvərləri" partiyası tərəfindən Moskvanın 206 saylı birmandatlı Tuşino seçki dairəsindən namizədliyi irəli sürülüb. 1042 səs toplayıb.
 
Təəssüf ki, E.Bağırov ata yurdu iAzərbaycanla sıx ünsiyyətdə olmayıb və ölkə ictimaiyyəti onu tanımır.
 
 
 Musavat.com
 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR