İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu səbəbdən SİLAHLANIR - Onların Bakıya gəlişi Rusiyanı “DANIŞDIRACAQ”

2306 22.04.2023 14:38 Son xəbər A A

Xəbər verdiyimiz kimi, NATO-nun mobil təlim qrupu Azərbaycana gəlib. Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

08eeef40-b36a-3083-aae0-70f3c3daa0de_850.jpg (126 KB)

Rusiya NATO-nun mobil təlim qrupunun Azərbaycana gəlişinə hansı reaksiyanı göstərə bilər?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a bildirib ki, Rusiyanın müəyyən maraqları olsa da, Azərbaycan ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir.

68414356_645616105947144_2115501096720924672_n.jpg (190 KB)

“NATO-nun mobil təlim qrupuna fikir versək və bundan bir müddət öncə İsrail xarici işlər naziri Eli Kohenin Azərbaycana səfərinə baxsaq, Azərbaycanın 3 qoşun növündə - Quru Qoşunları, Hava Qoşunları və Dəniz Qoşunlarında modernizasiya həyata keçirilir. Birmənalı şəkildə NATO standartına inteqrasiya yolunu seçiblər. Mobil qruplar bütövlükdə Hərbi Hava Qüvvələrinin modernləşməsi və mobilləşməsi istiqamətində iş görürlər. Bunlar həm də ona görə vacibdir ki, paralel şəkildə azad olunmuş ərazilərdə 3 yeni hava limanının tikintisi və ölkənin digər zonalarında aeroportların modernizasiyası da bununla üst-üstə düşən çox maraqlı bir yanaşmadır.

Xüsusilə ABŞ-dan olan mütəxəssislərin köməyi ilə Hərbi Hava Qüvvələrində mobil proqramlaşma-koordinasiya məsələləri öz həllini tapır. Burada bir sual ortaya çıxır – Azərbaycan hansı təhlükələrə qarşı bu addımları atır? Bilinən odur ki, Rusiya istəsə də, istəməsə də Azərbaycan bu yolu tutub. İkincisi, Prezident İlham Əliyev vurğulayıb ki, günü-gündən beynəlxalq təhlükəsizlikdə çox çətin vəziyyət əmələ gəlir. O baxımdan da silahlanmalıyıq. Nəticə etibarilə biz NATO-ya inteqrasiya olunuruq. Burada vacib bir sual meydana çıxır - görəsən, Hərbi Hava Qüvvələrimizin tərkib hissəsində NATO ilə əməkdaşlıq edən bir ölkə kimi eskadriyamızın xidmətinə F-16-lar veriləcəkmi?” – siyasi şərhçi vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR