İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan antiterror tədbirlərini daha qısa müddətdə bitirə bilərdi, amma...” – İLGİNC FAKTLAR

5234 12.11.2023 16:13 Siyasət A A

“Həm “Azadlıq” radiosu, həm də Qərbin kölgəsində fırlanan, Qərb ölkələrinin maraqlarına xidmət edən, dolayısı ilə desək, erməni lobbisinin maraqlarına xidmət edən bu media orqanları sözün həqiqi mənasında sapı özümüzdən olan baltalar kimi dəyərləndirilə bilər”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

samir esas.jpg (198 KB)

Politoloqun sözlərinə görə, onlar burada fəaliyyət göstərmələrinə baxmayaraq, Azərbaycanın başına gələn müsibətləri bir kənara qoymaqla, bir neçə erməni danışdırılaraq feyk informasiyaları paylaşmaqla Azərbaycanın qazandığı qələbəni, nüfuzunu həm beynəlxalq ictimaiyyətdə, həm də müxtəlif ölkələrin cəmiyyətlərində ləkələməyə çalışırlar:

“Burada “Azadlıq” radiosu ilə yanaşı, “Toplum TV”, “BBC News Azərbaycanca” var. Onlar açıq şəkildə Azərbaycan dövlətinin İkinci Qarabağ savaşında, eyni zamanda antiterror tədbirlərində əldə etdiyi parlaq zəfərə kölgə salmağa çalışırlar. Hesab edirəm ki, bunlar xüsusi xidmət orqanlarının, xarici kəşfiyyatın bir qolu olaraq fəaliyyət göstərirlər. Məncə, onların fəaliyyəti qadağan olunsa, yaxşıdır. Çünki belə media orqanları dünya ictimaiyyətinin fikrini çaşdırmağa, dünyaya feyk informasiya yaymaqla Azərbaycanın günü-gündən artan nüfuzunu ləkələməyə çalışırlar. Burada fəaliyyət göstərən sapı özümüzdən olan baltaların hərəkətlərini Azərbaycan dövlətinə qarşı tutduqları aqressiv və düşmənçilik siyasətinin nəticəsi kimi dəyərləndirə bilərik”.

Politoloq vurğulayıb ki, “Azadlıq” radiosunun, “BBC News Azərbaycanca”nın və digərlərinin erməni seqmentində bunlar qədər Ermənistana qarşı hər hansı bir aqressiv hərəkət nümayiş etdirmirlər:

“Amma ölkəmizdə fəaliyyət göstərən “Azadlıq” radiosunun, “BBC News Azərbaycanca”nın, “Toplum TV”nin nümayəndələrinin Azərbaycana qarşı münasibəti çox aqressivdir. Bu baxımdan düşünürəm ki, dövlət bu məsələyə diqqət yetirməli, bu cür media orqanlarının fəaliyyətini yenidən nəzərdən keçirməli, əgər lazımdırsa, hətta onların fəaliyyətlərini məhdudlaşdırmaq lazımdır. Çünki hakimiyyətə qarşı müxalif olmaq olar, amma dövlətə, orduya, xalqa qarşı müxalif olmaq xainlikdir, xəyanətdir. Bu cür feyk informasiyaları yaymağın özü belə, doğru hərəkət deyil, məsuliyyət daşıyır.

Azərbaycan lokal tipli antiterror tədbirləri keçirib. Orada elə məsələlər var ki, onları dəqiqliklə işıqlandırmaq lazımdır. Azərbaycan bəlkə də həmin tədbirləri daha qısa müddətdə bitirə bilərdi, amma məhz sivil vətəndaşlara ziyan dəyməsin deyə bu proses uzanıb. Məhz hərbi xarakterli hədəflər sıradan çıxarılıb.

“Azadlıq” radiosunun yaydığı məlumat isə ondan ibarətdir ki, guya Azərbaycan sivil insanların yaşadığı əraziləri vurub. Bu, tam fiaskodur, vətənə, dövlətə, xalqa qarşı xəyanətdir. Hesab edirəm ki, bu media orqanlarının fəaliyyəti dövlət tərəfindən nəzərdən keçirilməli və adekvat qərarlar qəbul edilməlidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR