Aktyor-ssenarist Azər Aydəmir "Aşquz dövləti" filminin çəkilişləri üçün Londona yollanıb.
Musavat.com xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Azər Aydəmir bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə "Aydemir Entertainment" MMC tərəfindən istehsal olunan "İşquz dövləti" bədii-sənədli filminin son çəkilişləri Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutub.
Onun sözlərinə görə, yaradıcı heyət filmin son kadrlarını Britaniya Muzeyində lentə aldıqdan sonra Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə yollanıb. Burada Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovla görüş keçirilib.
Aydəmir qeyd edib ki, görüş zamanı Azərbaycanın zəngin tarixi və "İşquz dövləti" filminin ideyası ətrafında geniş fikir mübadiləsi aparılıb. O, səfir Elin Süleymanovun Azərbaycanın tarixini dünyaya tanıda biləcək audio-vizual və ədəbi əsərlərin təbliği istiqamətində hər cür dəstəyə hazır olduğunu vurğuladığını bildirib.
Aktyor-ssenarist sonda göstərilən səmimi qəbula görə səfir Elin Süleymanova və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşlarına təşəkkür edib.
Könül
Musavat.com








