DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İngiltərə – Konqo DR qarşılaşması başa çatıb.
Musavat.com xəbər verir ki, matçın əvvəlində hesabda geriyə düşən İngiltərə ikinci hissədə nümayiş etdirdiyi əzmkar oyun sayəsində 2:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Konqo DR-nin yeganə qolunu 7-ci dəqiqədə B. Sipenqa vurub. İngiltərənin hər iki qoluna isə 75-ci və 86-cı dəqiqələrdə Harri Keyn imza atıb.
İngiltərə bu qələbə ilə DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəlib.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İngiltərə – Konqo DR matçında üçüncü qol vurulub.
Musavat.com xəbər verir ki, İngiltərə millisinin hücumçusu Harri Keyn 86-cı dəqiqədə fərqlənərək komandasını hesabda önə çıxarıb.
Beləliklə, İngiltərə qarşılaşmada 2:1 hesabı ilə üstünlüyü ələ keçirib.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İngiltərə – Konqo DR matçında ikinci qol vurulub.
Musavat.com xəbər verir ki, İngiltərə millisinin hücumçusu Harri Keyn 75-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.
Beləliklə, matçda hesab 1:1 olub və qarşılaşmaya yenidən tarazlıq gəlib.
***
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İngiltərə – Konqo DR matçında hesab açılıb.
Musavat.com xəbər verir ki, Konqo DR millisinin futbolçusu B. Sipenqa 7-ci dəqiqədə fərqlənərək komandasını hesabda önə çıxarıb.
Beləliklə, Konqo DR erkən qolla İngiltərə üzərində 1:0 hesablı üstünlük qazanıb.
20:00***
Hissə: İngiltərə geridədir
DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İngiltərə – Konqo DR matçında ilk hissə başa çatıb.
Musavat.com xəbər verir ki, fasiləyə Konqo DR millisi 1:0 hesablı üstünlüklə yollanıb. Yeganə qolu 7-ci dəqiqədə B. Sipenqa vurub.
İlk hissədə İngiltərə topa daha çox sahib olub (59%-41%) və daha çox zərbə endirib (7-3). Qapıya zərbələrdə də üstünlük İngiltərə tərəfində olub (3-1). Künc zərbələrinin sayı 1-1 bərabər olub.
Komandalar hərəyə bir sarı vərəqə alıb, qırmızı vərəqə isə qeydə alınmayıb.






