İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Axşam: "Borclarımı ödəmək üçün məcbur bunu edirəm"

3013 20.02.2023 12:42 Şou-biznes A A

Aktyor Azər Axşam imkansızlıqdan gileylənib.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Sözbaz" verilişində danışıb.

O bildirib ki, filmlərə təklif almır, bu da onun maddi cəhətdən sıxıntılar yaşamasına səbəb olur:

"Bu yaşıma kimi deyən olmayıb ki, gəlin sizi filmə çəkək. Çoxlarına bu olmur. Bizdə belə düşüncə var ki, filankas mənə lazımdır, amma verdiyim pula gəlməyəcək. Gözləyirlər ki, o adam düşsün və verdiyi pula gəlsin. Elə insanları fimlə dəvət edirlər ki... Sən də öz qonorarını istəyəndə deyirlər ki, bu da qiymətini qaldırıb. Rejissorlar reytinqə qaçırlar.

Aparıcılığı aktyorluqdan qazana bilməyəndə edirəm. Çox istərdim ki, aktyor kimi qazanım. Hazırda "Qız atası"ndan aldığım qonorar digər seriallardan aldığımdan üstündür. İndi 20-30 manata seriala çəkilənlər var. Onlara 20 manat da çoxdur".

Azər seriala çəkilməyinin səbəbinin borcları olması olduğunu etiraf edib:

"Yaxşı işim olsaydı, 50 yaşımda bu sənətdən uzaqlaşardım. Tam səmimiyyətimlə deyirəm, bu gün mənim bu sənətdə çalışmağımın səbəbi başqa işimin olmamasıdır. İmkanlı atam, dayım olsaydı, bir obyekt açıb desəydi ki, gəl buranı işlət, böyük məmnuniyyətlə bu sənətdən uzaqlaşıb, gedərdim. Sadəcə, başqa iş bacarmıram, imkanım yoxdur, məcburam bu sahədə çalışmağa. Çünki üzərimdə borclar var. Onları ödəməliyəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR