İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev Serbiyada seçkiləri izləyəcək

489 13.12.2023 17:42 Son xəbər A A

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dekabrın 14-də ölkənin paytaxtı Belqrad şəhərinə səfər edəcək. 

Musavat.com xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azay Quliyev cari il dekabrın 17-də Serbiya Respublikasında keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. Deputat müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Səfər dekabrın 18-də başa çatacaq. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR