İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev ATƏT PA-da hesabatla çıxış etdi  FOTO

449 02.07.2023 13:20 Siyasət A A

Bu gün ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu İllik Sessiyası çərçivəsində İpək Yolu Qrupunun növbəti iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Qrupun sədri Azay Quliyev hesabatla çıxış edib və təşkilatın qarşısında duran prioritet istiqamətləri açıqlayıb. Toplantıya qatılan Assambleyanın Baş katibi Roberto Mantella İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndərdi və ATƏT PA 2018-cildə Berlində qəbul etdiyi Qətnamə ilə quruma rəsmi dəstək verdiyini bildirdi.

İpək Yolu Qrupu ATƏT PA-nın tarixində ilk dəfə olaraq müxtəlif siyasi partiyalardan olan Prezidentliyə namizədləri- Mark Priçardı (Birləşmiş Krallıq), Pere Ponesi (İspaniya) və Pia Kaumanı ( Finlandiya) bir araya gətirətərək onlara seçki platformalarını təqdim etmələri üçün şərait yaratdı. İclasda çıxış edən namizədlər prezident seçiləcəyi təqdirdə ATƏT PA-da aparacaqları islahatlar, qarşıda duran vəzifələr və mövcud çağırışların həlli ilə bağlı fikirlərini bölüşdülər.

Daha sonra Qrupun sədr müavini, Xorvatiya nümayəndə heyətinin rəhbəri Davor Bernardiç cari ilin may ayında Bakıda ATƏT PA-nın yaşıl iqtisadiyatla bağlı keçirilən konfransı haqda məlumat verdi və Azərbaycanda bu sahə üzrə həyata keçilən işləri təqdir etdi. Bernardiç qurumun növbəti beynəlxalq konfrasına bu ilin payızında Xorvatiyanın ev sahibliyi etməsi ilə təklif irəli sürdü. Təklif səsə qoyularaq qəbul edildi.

Qrupun iclası maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdi.

İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev, həmçinin ölkəmizin ATƏT-dəki daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli iştirak etdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR