İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

470 12.12.2023 19:03 Gündəm A A

AZAL-ın kollektivi dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günündə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, AZAL rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Müstəqil Azərbaycanın memarı, dövlət və siyasi xadim Heydər Əliyevin vəfatından 20 il ötür. Dahi şəxsiyyətin Anım Günü Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda hər il dekabrın 12-də qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR