İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayvazyanın yaxtası batdı - VİDEO

1220 25.08.2022 03:47 Hadisə A A

Avqustun 21-i İtaliya sahillərində “May Saqa” yaxtası batıb.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, italyan mediası gəminin rusiyalı biznesmen Gennadi Ayvazyana məxsus olduğunu bildirib.

Məlumata görə, hadisə Skvillaçe körfəzində baş verib.

Ekipaj gəmidə su olduğunu bildirib. Onlar rusiyalı sahibkarın gəmisini limana aparmağa çalışsalar da, pis hava şəraiti səbəbindən yaxta batıb.

Qeyd edək ki, Gennadi Ayvazyan “Kuzbassrazrezugol” holdinqinin ortağı və “Krutrade”nin direktorlar şurasının sədridir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR