İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysun İsmayılova: "Ən çətin günlərdə bu qədərmi iyrəncliyinizi hiss etdirirsiniz?" - VİDEO

17432 16.09.2022 19:57 Şou-biznes A A

Müğənni Aysun İsmayılova sosial şəbəkədə ordumuza dəstək olmaq məqsədilə "Azərbaycanım mənim" adlı vətənpərvər ruhlu ifasını paylaşıb.

İstifadəçilərin bir qismi İsmayılovanın bu addımını təqdirəlayiq hesab etsə də, böyük əksəriyyəti sənətçini tənqid edib.

Onlar Aysuna bu mahnısı ilə özünü reklam etdiyini deyiblər. Bundan qəzəblənən ifaçı açıqlama yayaraq xalqımıza və ordumuza dəstək üçün bu paylaşımı etdiyini dilə gətirib:

"Bəziləri yazır ki, müğənnilər belə dövrdə də özlərini reklam edirlər. Bu düşüncələr sizin daxilinizdəki insani keyfiyyətin az olmağından irəli gəlir. Mən qadın müğənniyəm. Vətənimin, əsgərimin yanında olduğumu hiss etdirməyə çalışıram. Əlimdən sadəcə bu gəlir. Sizin kimi telefonda şirə dönmürəm. Bəziləri kimi dəstək olan insanlara ağzıma gələni yazmıram. Gecə saat neçə olur-olsun mən şəhidlərimizin qəbrini ziyarət edirəm. Yasımı saxlayıram. Şəhidimizn ruhunu şad etməyə çalışıram. Ehsan verirəm. Sizin kimi boş-boş oturmuram. Bunu gözününz götürmür? Millətimiz üçün ən çətin günlər də bu qədərmi iyrəncliyinizi hiss etdirirsiniz? Xalqımıza dəstək olun!"

Ətraflı videoda:

(BAKU.WS)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR