İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ayı xidməti"nin ŞOK MƏQAMLARI - Putinə quyu qazanlar hərəkətə keçir...

3058 19.02.2023 22:28 Gündəm A A

Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna mövzusuna həsr olunmuş panel sessiyada çıxış edib. O qeyd edib ki, Rusiyada hakimiyyət dəyişikliyi məsələsinə gəlincə, buna qədər bütün cəhdlər uğursuz olub.

Rusiyada hakimiyyət dəyişikliyi məsələsinin gündəmə gətirilməsinin pərdəarxası məqamları nələrdir?

"Makron açıq mətnlə bildirir ki, Fransa və onunla koalisiyada olan dövlətlər Putini devirmək üçün fəaliyyət göstəriblər".

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

yap_ilyas_140320.jpg (91 KB)

Politoloq bildirib ki, Aleksey Navalnı planı, ondan əvvəlki bəzi planlar və Rusiyada hakimiyyəti laxlatmaq, müxalifəti hərəkətə gətirmək üçün müxtəlif cəhdlər olsa da, bu cəhdlər reallaşmayıb:

"Bu o deməkdir ki, Qərbdə Putinin hakimiyyətini qəbul etmirlər. Yəni Vladimir Putinlə masa arxasında otururlar, onunla siyasi-iqtisadi, humanitar münasibətlər qururlar və arxada planlar fikirləşirlər. Bu planlar suya düşəndə isə ondan təəssüf hissi keçirirlər. Fransa hazırda müxtəlif bölgələrdə, xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqdə Rusiyanın itirilmiş və ya itirəcəyi mövqelərini doldurmaq istəyir. Bununla da beynəlxalq münasibətlər sistemində, bəzi coğrafiyalarda itirdiyi mövqelərini kompensasiya etmək niyyəti güdür.

Xüsusilə Afrikada baş verən prosesləri qeyd etmək istəyirəm. Fransa Burkina-Faso və Malidə öz mövqelərini ciddi şəkildə itirib. Hesab edirəm ki, bu, Fransanın Afrikadan mərhələli şəkildə çəkilməsinin işartısıdır. Lakin geostrateji baxımdan əhəmiyyət kəsb edən Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistanın "ayı xidməti"ndən istifadə edir. Ermənistan-Fransa işbirliyinin arxasında duran da məhz bu məqamlardır. Çünki məhz Ukrayna mövzusuna həsr olunmuş bir sessiyada Makron Ermənistanın baş nazirinə öz dəstəyini ifadə edir və bundan sonra da dəstəkləyəcəyini bildirir. Digər tərəfdən, artıq Fransa və Ermənistanda siyasətçilər Rusiya sonrakı dövrdə Cənubi Qafqazda maraq bölgüsündə iştirak edirlər. Bu da onu deməyə əsas verir ki, artıq Ermənistan Cənubi Qafqazda Fransanı ciddi surətdə görür və geosiyasi ambisiyalarını həyata keçirmək üçün Parisə öz xidmətlərini təqdim edir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR