İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Hüseynov: “ABŞ-ın anti-Azərbaycan mövqeyi riyakar simasını nümayiş etdirir”  

518 16.11.2023 17:55 Siyasət A A

 

“ABŞ-ın Azərbaycana  qarşı qərəzli “907-ci düzəliş” adlı məramı riyakarlıq nümunəsidir və bu qərəzli mövqeyinin arxasında heç şübhəsiz erməni və onun ABŞ-da havadarı rolunda çıxış edən, Cənub Qafqazdan, Azərbaycanın harada yerləşməsindən belə xəbərləri olmayan konqresmenlər, lobbi dayanır.
Rəsmi Bakı ilə İrəvan arasında sülhlə bağlı məsələlərin intensiv müzakirə olunduğu, regionda əməkdaşlığın və təhlükəsizliyin güclənməsi üçün fəaliyyətin artdığı bir zamanda Azərbaycana qarşı böhtan atılması həm də ABŞ-ın danışıqlar prosesinə dəstəyini şübhə altına alır”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili xatırladıb ki, Vaşinqton uzun illər erməni terroruna göz yummaqla, Qarabağdakı separatçı rejimə maddi dəstək verməklə, ədalət və dürüstlük tərəzisinə xəyanət etdi: “Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirməsi, torpaqlarımızın 30 il Ermənistanın işğalı altında olduğu dövrdə sakit qalması və heç bir təsiredici addım atmaması, 44 günlük Vətən müharibəsi zamanı anti-Azərbaycan mövqedən çıxış etməsi və Zəfərdən sonra bizə qarşı qərəzli mövqe nümayiş etdirməsi ABŞ-ın əsl xislətini və anti-türk, anti-Azərbaycan simasını nümayiş etdirir. Müstəqilliyini bərpa edəndən sonra ABŞ-ın Azərbaycana münasibəti birmənalı olmayıb. Müstəqilliyinin ilk illərində ərazi bütövlüyünü qorumaq istəyən, demokratik inkişaf yolunu seçən, Qərbə inteqrasiyaya üstünlük verən Azərbaycana qarşı sanksiya tətbiq edildi. 1992-ci ildə ABŞ konqresi “Azadlığa dəstək” aktını qəbul edib. Onda erməni lobbisinin təşəbbüsü ilə sənədə “907-ci düzəliş” əlavə olundu. Bu, yeni müstəqil olan Azərbaycana qarşı ABŞ-ın bütün yardımlarından məhrum olunması demək idi. Sanksiya azmış kimi “düzəliş”də Azərbaycan “işğalçılıq”da da ittiham edilirdi. Həmin vaxt bu “düzəliş”in əsas təşəbbüskarlarından biri Ağ Evin indiki yiyəsi, o vaxtkı senator Cozef Bayden idi. ATƏT-in keçmiş Minsk Qrupunun həmsədr ölkələrindən biri ABŞ olub. Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri vəhşiliyə və qanunsuz əməllərə o biri həmsədr dövlətlər kimi Birləşmiş Ştatlar da qarşı çıxmamışdı. Ermənistanın işğal etdiyi torpaqların minalamasına da ABŞ göz yumub. Dövlət Departamenti Ermənistanın beynəlxalq hüququ pozaraq Azərbaycana qarşı qanunsuz fəaliyyətinə heç vaxt sanksiya tətbiq etməyib”.

A.Hüseynov bildirib ki, ABŞ-ın ikili standartlılığı və riyakar siyasəti, Azərbaycana qarşı qərəzli mövqeyi dünyada beynəlxalq hüququn maraqlı güclərin və lobbilərin alətinə çevrilməsinin göstəricisidir:

 “Onlar başqa dövlətlərin daxili işlərinə müdaxilə etməklə əslində, sülhə və təhlükəsizliyə deyil, qanlı qarşıdurmalara rəvac verirlər. Əsrlər boyu dünya siyasi və hərb tarixində ABŞ-ın rəhbərliyi altında Qərb imperializminin haqsız siyasi istismarı nəticəsində ölkələrin üzləşdiyi fəlakətlər də təsdiq edir ki, Qərb dünyası hər zaman öz maraq və mənafelərinə görə müxtəlif prosesləri nəzərdən keçirib, müxtəlif hadisələrə şərh verib və burada hər zaman ikili standartlar özünü göstərib”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR