İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayan Babakişiyevanın Türkiyədəki dəbdəbəli evi - VİDEO

2321 09.04.2022 09:45 Maraqlı A A

Ötən gün müğənni Ayan Babakişiyeva Türkiyəyə yollanıb.

Musavat.com xəbər verir ki, hər zaman qlamur və bahalı tərzi ilə seçilən sənətçi bu dəfə lüks evi ilə gündəmə gəlib.

Belə ki, hazırda İstanbulda olan ifaçı sosial şəbəkədə oradakı geniş və lüks mənzilini nümayiş etdirib. Ayanın geniş evi müsair dizaynı ilə diqqət çəkib. Sənətçi mənzilində daha çox ağ rəngə üstünlük verib. Babakişiyeva evinin dizaynını bahalı və avanqard mebellərlə tamamlayıb.

Dəbdəbəli mənzilinin görüntülərini paylaşan Ayan bunları da əlavə edib:

"Hər şeyə görə Allaha təşəkkür edirəm. Bu gün öz qapımı aça bilirəmsə, sevdiklərim yanımda sağlıqla, hüzurla yaşayırıq".

Qeyd edək ki, Babakişiyeva verilişlərin birində Türkiyədə qardaşı ilə ortaq şirkəti olduğunu açıqlamışdı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR