İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobillərdən pul oğurlayan 2 nəfər saxlanılıb - Foto

568 20.01.2023 19:59 Kriminal A A

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan 2 nəfər saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR