İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomatlaşdırılmış Risk Analizi Sistemi dekabrda istifadəyə veriləcək

605 20.11.2023 13:53 İqtisadiyyat A A

"Xarici ticarət və biznesin idarə edilməsində mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib".

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, elektron hesab səhifəsinin tətbiqi, gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşkil edilməsi və digər bu kimi vacib alətlər artıq istifadədədir.

"Yeni Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) bu gün təqdimatı baş tutdu. Dekabr ayında ARAS artıq istifadəyə veriləcək. Qeyd olunan layihələr biznes subyektləri üçün asan, şəffaf, təhlükəsiz və sadələşmiş gömrük həllərini bir araya gətirir.

Dövlət Gömrük Komitəsinin əsas hədəfi gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaş məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsidir", - deyə Şahin Bağırov vurğulayıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR