İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslarda gedişhaqqı buna görə qalxıb? - ŞOK VİDEO

1430 24.02.2023 10:19 Gündəm A A

Adətən, ictimai nəqliyyatda qiymət artımı olanda, səlahiyyətli şəxslər belə izah verirlər: Xidmətin keyfiyyətini yaxışladırmağı nəzərdə tuturuq. Qiymət qalxır, amma xidmət keyfiyyəti yaxşılaşmır ki, yaxşılaşmır.

Publika.az-ın təqdim etdiyi bu video da deyilənlərin sübutudur. Videonu redaksiyamıza sərnişinlərdən biri göndərib. Bakıətrafı qəsəbələrin birindən Avtovağzal istiqamətinə hərəkət edən 511 saylı sərnişin avtobusunda sınıq pəncərəyə karton vurulub.

Qiymət artımından sonra keyfiyyətin yüksələcəyini, yeni avtobusların veriləcəyini, qışda istiliyi, yayda kondisioneri olmayan avtobuslardan canını qurtaracağını düşünən sərnişinlər bu gördüklərindən sonra əməli-başlı şok yaşayıb.

Video bu gün – fevralın 24-də çəkilib. Qarlı havada. Sərnişin deyir ki, avtobus hərəkət etdikcə, qar yamaqlı pəncərədən salona daxil olurmuş. Ən maraqlısı da odur ki, əlacsız qalan sürücü pəncərəni yamamaq üçün “Siyəzən toyuğu"nun karton qutularından yararlanıb, onu "skoç"la pəncərəyə yapışdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR