İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus və metroların qiymətləri artırılır? – Videoreportaj

1634 18.12.2022 16:43 Gündəm A A

Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə ərazisində sərnişindaşıma qiymətlərinin maya dəyərindən iki dəfə az olması ilə bağlı açıqlama verib. Bu məsələ tez-tez gündəmə gəlsə də, sözü gedən maya dəyərinin hesabanması ilə bağlı heç bir açıqlama verilməyib.

Nəqliyyat eksperti Natiq Cəfərli bu məsələləni doğru müzakirə olunmayan məsələrdən biri kimi dəyərləndirir. Ekspert deyir ki, həm Metropoliten, həm də yerüstü nəqliyyat müəssislərinin rəsmiləri sərnişin daşımada maya dəyərinin aşağı olması məsələsini tez-tez gündəmə gətirdikləri kimi, hesablama variantını və uyğun alterntivləri də desələr, yaxşı olardı. Onun sözlərinə görə, bu kimi müzakirələr növbəti qiymət artımlarına zəmin yaradır.

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə 2019-cu il təcrübəsinə əsaslanaraq deyir ki, gediş haqlarının 20-30 faiz artımı heç nəyi dəyişməyəcək. Ə.Hüseynov həmçinin qeyd edir ki, vəziyyətdən çıxış yolu üçün düşünülən gediş haqlarının dəfələrlə artımı isə sosial partlayışa səbəb ola bilər ki, bu da əlverişli variant deyil. Müsahibimiz ən uyğun alternativ kimi dövlət dəstəyinin vacibliyini vurğulayır. Qiymətlərin süni artımı təbii ki heç bir vətəndaşın ürəyindən deyil. Biz də nazir müavinin açıqlamasına paytaxt sakinlərinin də münasibətini öyrənmək istədik.

Ekspert və paytaxt sakinlərinin məsələ ilə bağlı mövqeyini aşağıdakı videosüjetdə izləyə biləcəksiz.

Dürrə Həsənova
Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR