İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus gözləyən qadın faciəvi şəkildə öldü

1230 18.10.2023 10:02 Hadisə A A

Abşeron rayonunun Mehdiabad-Pirşağı yolunda ağır yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.

Bu zaman yük maşını yolun sağ kənarında yerləşən avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq uçaraq orada avtobus gözləyən piyada, 1970-ci il təvəllüdlü Sevda Balaca qızı Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktıla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR