İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avroviziya" qalibi belə cəzalandırıldı

921 12.06.2024 21:56 Dünya A A

Krımda Ukraynanı 2016-cı ildə "Avroviziya"da təmsil edən və qalib olan Camalanın əmlakı müsadirə edilib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinovun sözlərinə görə, qərar müğənninin əmlakına, həmçinin Aluştada qohumlarının adına rəsmiləşdirilmiş iki torpaq sahəsinə və yaşayış binasına şamil edilib.

Siyasətçi bildirib ki, Rusiyaya qarşı düşmən mövqe tutan, habelə Kiyev hakimiyyətini dəstəkləyən və Ukrayna ordusuna himayədarlıq edən şəxslərin milliləşdirilmiş əmlakının siyahısını 110 obyektlə genişləndirən qərara Camalanın aktivləri daxil edilib.

Qeyd edək ki, Camala daha əvvəl Rusiyada axtarışa verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR